Bakıda “Qəbələ”ni məğlub etdi, Belçika kubokunda 1/8 finalda mübarizəni dayandırdı

Belçika kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Anderlext” səfərdə “Şarlerua” ilə görüşüb.

Matçın əsas vaxtı 2:2 hesabıyla bitib. Əlavə vaxtda da qalibi müəyyənləşdirmək mümkün olmayıb. Nəticədə, qalib 11-metrlik cərimə zərbəsi seriyasında bəlli olub. Burada daha dəqiq olan ev sahibləri “Anderlext”i kubokdan uzaqlaşdırıb.

Həmin kateqoriyadan