Bakıda stolüstü tennis hakimləri üçün seminar

Sentyabrın 21-də Bakıda stolüstü tennis hakimləri üçün üçün sertifikatlaşdırılmış seminar keçiriləcək. Allsport.az saytı xəbər verir ki, tədbirin məqsədi yerli məşqçiləri təkmilləşmiş beynəlxalq stolüstü tennis qaydaları ilə tanış etmək, onların ixtisaslarını artırmaqdır.

Azərbaycan və beynəlxalq federasiyaların birgə razılığına əsasən, 20-yədək referinin qatılacağı seminara təcrübəli belçikalı mütəxəssis İzabelle Marie Jeanne Elizabes rəhbərlik edəcək. Tədbir 3 gün davam edəcək.

Həmin kateqoriyadan