Bakıda su polosu üzrə beynəlxalq turnir

Mayın 5-7-də Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə su polosu üzrə “Prezident kuboku” keçiriləcək. Allsport.az saytı xəbər verir ki, turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Moldova, Rumıniya və İsveçrə komandaları da iştirak edəcəklər. Yarış çərçivəsində su polosu üzrə U-19 Avropa çempionatının seçmə mərhələsi keçiriləcək.

Azərbaycan Su İdmanı Növləri Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildirib ki, bu çox mötəbər yarış hesab olunur. Azərbaycanda ilk dəfə olaraq su polosu üzrə Avropa çempionatının seçmə mərhələsi keçiriləcək. Bu turnirdə birinci və ikinci yeri tutan komandalar üzrə U-19 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. Azərbaycan millisi var qüvvəsi ilə iki yerdən birini tutmağa çalışacaq. Əgər buna nail ola bilsək Azərbaycanın su polosu tarixində böyük nailiyyət hesab olunacaq.

 

Həmin kateqoriyadan