“Bakı”dan antirekord, “İnter” keçmişini keçə bilmədi

Topaz Premyer Liqasının VI turunun “İnter” – “Bakı” oyunu hər iki klubun tarixinə düşüb. Allsport.az saytı pfl.az-a istinadən xəbər verir ki, “İnter Arena” stadionunda qeydə alınan 7:0 hesablı qələbə “İnter”in bu ad altında Azərbaycan çempionatlarında qazandığı ən böyükhesablı qalibiyyətdir. Paytaxt təmsilçisi tarixi ərzində yalnız bir dəfə – hələ “Xəzər Universiteti” adını daşıdığı zamanda daha fərqli zəfərə sevinmişdi.

11 il əvvəl 2003-cü il iyulun 5-də bakılılar “Kəpəz”i 8 cavabsız qolla məğlub etmişdi. “İnter”in tarixində daha bir qarşılaşma var ki, həmin oyunda komanda 7 və ya daha çox qol vurub. 2006-cı il sentyabrın 29-da Tovuzda “Turan”ın qonağı olan “İnter” 7:1 hesablı səfər qələbəsi qazanmışdı.

VI turun qarşılaşması “Bakı” üçün ən acınacaqlı olub. Paytaxtın eyniadlı təmsilçisi bunadək çempionatdakı ən ağır yenilgisini “Dinamo” adını daşıdığı vaxt “Neftçi”dən almışdı. 2002-ci il martın 10-da baş tutan paytaxt derbisində “ağ-qaralar” rəqibini 6 cavabsız qolla məğlub etmişdi. – See more at: http://www.pfl.az/news/3462#sthash.CdOuwHin.dpuf

Həmin kateqoriyadan