“Bakı”dan qaçan futbolçu ingilis klubuna keçə bilmir

Müqavilə ilə “Bakı”ya məxsus olan sloveniyalı futbolçu Yure Travnerin transferində problem yaranıb. Allsport.az xəbər verir ki, ötən ildən paytaxt klubunda çıxış edən 29 yaşlı müdafiəçi İngiltərənin 1-ci divizionu – Çempionşipdə mübarizə aparan “Ridinq” klubuna keçmək istəyir.

İngilislər müdafiəçi ilə danışıqlara başlasa da, onun paytaxt klubu ilə davam edən müqaviləsi yeni anlaşmaya əngəl törədib. İndi “Bakı” ilə müqaviləsi davam etdiyi halda klubdan qaçan Yure Travnerin məsələsi müzakirə olunur.

Bundan əlavə ötən mövsümün hesabatını açıqlayan İngiltərə klubu maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün cərimələnib. Klubun qış “transfer pəncərəsi”ndən faydalanmasına qadağa qoyulması vəziyyəti qəlizləşdirib.

Həmin kateqoriyadan