- Baxış sayı: 54
- 24 Aprel 2024 12:42
- Baxış sayı: 36
- Aprel 23, 2024
- 0
5 nömrəli Bakı peşə liseyində 2005-2006-cı il təvəllüdlü badmintonçular arasında paytaxt birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 16 qız və 40 oğlan çıxış edib. Qaliblər 5 dərəcədə müəyyənləşib.
Şəxsi görüşdə Nərmin Şərifova və Tuncay İsmayılov 1-ci olublar. Qoşada oğlanlardan Tuncay İsmayılov – İlfat Akçurin, qızlarda Nərmin Şərifova – Nigar Səmədova qalib gəliblər.
Qarışıq qoşa mübarizədə Tuncay İsmayılov – Nərmin Şərifova cütü hamını üstələyib. Qaliblər hədiyyə, diplom və medallarla təltif olunub.