“Baku Fires” argentinalılara böyük hesabla qalib gəldi

Ümumdünya Boks Seriyasının (WSB) 14-cü turunda Azərbaycanın “Baku Fires” klubu Quba Olimpiya Kompleksində Argentinanın “Argentina Condors” komandasını qəbul edib. Allsport.az xəbər verir ki, komandamız görüşü tam üstünlüklə öz xeyrinə başa vurub – 5:0.

Döyüşlərin nəticələri:

Baku Fires – Argentina Condors

52 kq Murad Rabadanov – Rikardo İbarra – 3:0 (50:45, 50:42, 50:45)
60 kq. Nəsrəddin Məmmədov – Brayan Nunyez 3:0 (50: 45, 50:45, 50:45).
69 kq. Pərviz Bağırov – Luis Veron – WO
81 kq. Mixail Dauqalivets – Xuan Rizo Patron – TKO R1 3:00
+91 kq. Haci Murtuzəliyev – Fakundo Qiqlion – 3:0 (50:43, 50:43, 50:43)

Komandamızın heyətində bu mövsüm debüt edən Nəsrəddin Məmmədov inamlı qələbə qazanıb. Pərviz Bağırovun rəqibi Qubaya gəlmədiyindən boksçumuz mübarizəsiz qalib elan olunub. Mixal Dauqalivets isə Xuan Rizo Patronu nokaut edib.

Bu qələbən sonra qrupda 2-ci yeri təmin edən “Baku Fires” pley-offa vəsiqə qazanıb. Komandamız növbəti görüşünü mayın 6 və 7-də Qubada digər qrupda 3-cü olan “Mexico Guerreros”a qarşı keçirəcək.

“B” qrupunda digər nəticələrə gəlincə, “Astana Arlans” səfərdə “İtalia Thunder”lə 2:3 hesabı ilə uduzub. “Rafako Hussars Poland” doğma divarlar arasında “Caciques Venezuela”ya 1:4 hesabı ilə uduzub. USA “Knockouts” – “Puerto Rico Hurricanes” görüşü aprelin 27-də keçiriləcək.

Turnir cədvəli:
1. Astana Arlans – 40 xal, döyüşlərin fərqi – (56-14)
2. Baku Fires –32 (48-22)
3. İtalia Thunder – 27 (41-28)
4. Caciques Venezuela – 26 (33-37)
5. Puerto Rico Hurricanes – 17 (28-37)
6. USA Knockouts – 16, (27-38)
7. Rafako Hussars Poland – 15 (27-43)
8. Argentina Condors – 4 (14-55)

Həmin kateqoriyadan