“Baku Fires” Puerto Rikoya hansı heyətlə yollanır?

Aprelin 18-də Puerto Rikonun San Xuan şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 13-cü turu çərçivəsində “Baku Fires” yerli “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, meydan sahibləri 17 xalla qrupda 6-cı yeri tuturlar.

Komandaların heyətləri artıq məlumdur:

“Puerto Rico Hurricanes” – “Baku Fires”
49 kq. Antoni Ortiz – Rəsul Saliyev
56 kq. Qarsiya Mora – Məhəmməd Qurbanov
64 kq. Karlos Adames – Heybətulla Hacəliyev
75 kq. Ceffri Quillen – Jaba Xositaşvili
91 kq. Rosado Joze – Abdulqadir Abdullayev

Bu görüşdən sonra iki boksçumuz – Məhəmməd Qurbanov (56 kq) və Heybətulla Hacəliyev (64 kq) Rio de Janeyro Olimpiadasına vəsiqəni rəsmiləşdirə bilərlər. Bu mövsüm ilk görüşünə çıxacaq Mora Qurbanov üçün ciddi rəqib olmamalıdır.

Fərdi reytinqdə 3-cü yeri tutan Hacəliyev WSB liqasında debüt edəcək Karlos Adameslə döyüşdə favorit sayılır.

Puerto Riko komandasının heyətində iki dominikanlı boksçu – Mora və Adames rinqə çıxacaq.

“Puerto Rico Hurricanes” 12-ci turda doğma rinqdə “Astana Arlans”a 1:4 hesabı ilə uduzub.

Bu həftə B qrupunda Astana Arlans” səfərdə “Argentina Condors”un qonağı olacaq. “Caciques Venezuela” doğma divarlar arasında “İtalia Thunder”lə qarşılaşacaq. “Rafako Hussars Poland” isə USA “Knockouts”u qəbul edəcək.

Turnir cədvəli
1. “Astana Arlans” – 36 xal, (döyüşlərin nəticələri 50-10)
2. Baku Fires – 26, (40-20)
3. “İtalia Thunder “ – 23, (36-23)
4. “Venezuela Cacquez” – 20 (26-34)
5. USA “Knckouts” – 17, (26-34)
6. “Puerto Riko Hurricanes” – 17, (26-34)
7. “Rafako Hussars Poland” – 12, (22- 38)
8. “Argentina Condors” – 4, (13-46)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Həmin kateqoriyadan