“Baku Fires” son görüşdə qalib gəldi

“Baku Fires” bu gün Ümumdünya Boks Seriyasının (WSB) 14-cü turu çərçivəsində növbəti görüşünü keçirib. Allsport.az xəbər verir ki, komandamız Quba Olimpiya Kompleksində “Argentina Condors” klubunu qəbul edib.

Təmsilçimiz rəqibini 5:0 hesabı ilə məğlubiyyətə uğradıb. Bu qələbədən sonra xalını 32-ə çatdıran komandamız qrupda 2-ci yeri özünə təmin edib.

“Baku Fires” pley-off-da Meksika komandası ilə qarşılaşacaq.

Həmin kateqoriyadan