“Baku open”in ilk qalibləri müəyyənləşib

Uşaqlar arasında şahmat üzrə “Baku open” beynəlxalq turnirinin qalibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, 111 iştirakçının mübarizə apardığı yarışda Raul Muxtarov, Leyla Budaqova, Alperen Kanlı, Nərmin Nəsibova, Mətin Mürsəlli və Səbinə Rzalı müfafiq olaraq 8, 10 və 12 yaşlılar arasında 1-ci yeri tutub. “Büllur saray”da təşkil olunan tədbirdı qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan