Bundesliqa klubuna keçidi ilə bağlı sabah mətbuat konfransı keçirəcək

Xəbər verdiyimiz kimi, “Neftçi”nin və milli komandamızın qapıçısı Emil Balayev Almaniyanın “Ayntraxt” klubu ilə müqavilə imzalayıb. Allsport.az xəbər verir ki, Almaniya təmsilçisinin heyətində baxışdan uğurla keçmiş Emil Balayev adı çəkilən komandanın şərəfini qoruyacaq.

Gənc qapıçı dekabrın 14-də “Neftçi” – “Sumqayıt” oyunundan əvvəl mətbuat nümayəndələrinin Bundesliqa klubuna keçidi ilə bağlı suallarını cavablandıracaq. Emil Balayevin keçidi ilə bağlı mətbuat konfransı “Bakcell Arena”nın mətbuat zalında təşkil olunacaq və saat 15:30-da başlayacaq.

Həmin kateqoriyadan