YENİLƏNİB
“Bankçılar” əzmkar qələbə ilə başladı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının “İnter” klubu bu gün ilk yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, Kaxaber Sxadadzenin komandası Türkiyənin aşağı liqa təmsilçisi “İnegölspor”la qarşılaşıb.

Oyunda hesabı türklər açıb. Amma fasiləyədək iki qol vuran “bankirlər” hesabda önə keçiblər. İkinci yarıda daha 2 qol vuran paytaxt təmsilçisi darmadağınla qalib gəlib.

Qeyd edək ki, Türkiyə 2-ci liqasının qırmızı qrupunda mübarizə aparan “İnegölspor” 17 turdan sonra 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Yoxlama oyunu
8 yanvar

“İnegölspor” – “İnter” 1:4 (1:2)

Həmin kateqoriyadan