“Bankçılar” “Qəbələ”nin keçmiş rəqibinə qarşı

Xəbər verdiyimiz kimi, Premyer Liqada yaranan fasilədən səmərəli istifadə etmək istəyən Bakı “İnter”i bu gün Gürcüstana təlim-məşq toplanışına yollanacaq. Allsport.az saytı xəbər verir ki, Zaur Svanadzenin komandası saat 20:30-da səfərə çıxacaq.

“Bankçılar” qonşu ölkədə 2 yoxlama matçı keçirəcək. Rəqiblərdən də biri artıq bəllidir. “İnter” qonşu ölkədə yerli “Samtredia” ilə sınaq matçına çıxacaq. Oyun avqustun 28-də baş tutacaq.

Digər sınaq matçı sentyabrın 1-nə planlaşdırılıb. Rəqibin kim olacağı isə hələlik, bəlli deyil. “Samtredia” Avropa Liqasının birinci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olmuşdu. Komandamız həmin oyunlardan birincisində 5:1 hesabıyla qalib gəlmiş, cavab görüşündə 1:2 hesabıyla uduzmuşdu.

Həmin kateqoriyadan