Baqali Dabo “Qəbələ”yə qarşı oynamayacaq?

“Neftçi” Topaz premyer liqasının 8-ci turunda “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün “ağ-qaralar” doğma bazasında növbəti məşqə çıxıb.

Məşqdə Ruslan Abışov, Haiti milli komandasının düşərgəsindən qayıtmaqda olan Soni Mustivar və yüngül zədəsi olan Baqali Dabo iştirak etməyiblər.

Fransalı futbolçunun “Qəbələ” ilə oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı. Hazırlığa sabah oyunöncəsi son məşqlə yekun vurulacaq.

Görüş oktyabrın 20-də Qəbələ şəhər stadionunda saat 17:00-da start görütəcək.

Həmin kateqoriyadan