“Barselona” FİFA ilə münasibətləri kəsdi

“Barselona” iki transfer dönəmində oyunçuların alınmasına tətbiq edilən qadağaya görə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) ilə münasibətləri birtərəfli qaydada pozub. Allsport.az xəbər verir ki, bunu klubun prezidenti Xosep Mariya Bartomeu bildirib.

FIFA-nın rəsmi məlumatında “Barselona”nın onlarla yeniyetmə oyunçunun transferi zamanı futbolçuların statusu və keçidi haqqında Reqlamentin 19-cu maddəsini pozduğu, eləcə də Reqlamentə 2-ci Əlavədə bir neçə pozuntuya yol verdiyi aşkar edildiyi deyilirdi.

FIFA qeyd edib ki, İntizam Komitəsi ciddi pozuntular aşkar edib və klubun iki yaxın transfer pəncərəsində milli və beynəlxalq transferlər etməsinə qadağa qoyub, eləcə də komandanı 450 min İsveçrə frankı məbləğində cərimə etməyi qərara alıb.

Dekabrda Lozannadakı İdman Arbitraj Məhkəməsi FİFA-nın qərarını dəstəkləyərək “Barselona”nın apelyasiya şikayətini rədd edib.

Həmin kateqoriyadan