Baş assambleya 3-cü Avropa oyunlarının Polşada keçirilməsi qərarını təsdiqləyib

Bu gün Belarus paytaxtında Avropa olimpiya komitələrinin fövqəladə baş assambleyası keçirilib. Allsport.az saytı xəbər verir ki, qitə olimpiya komitələrinin icraiyyə komitəsinin üzvü Çingiz Hüseynzadə iştirak edib.

İclasda müzakirə olunan əsas məsələ 3-cü Avropa oyunlarına ev sahibliyi edəcək şəhərin seçimi olub. Baş assambleya Polşanın Krakov şəhəri tərəfindən təqdim olunan ev sahibliyi ərizəsini müzakirə etdikdən sonra, 3-cü Avropa oyunları 2023-cü ildə Krakov şəhərində keçirilməsi qərarını təsdiqləyib.

Həmin kateqoriyadan