FOTO
Baş idarədə 5 mart – Bədən tərbiyəsi və idman gününə tədbir

Bu gün Bakı şəhər gənclər və idman baş idarəsində 5 mart – Bədən tərbiyəsi və idman gününə tədbir keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbiri BŞGİBİ-nin rəisi Raqif Abbasov giriş sözü ilə açaraq, iştirakçıları qarşıdan gələn bayram münasibətilə gənclər və idman naziri Azad Rəhimovun adından təbrik etdi, il ərzində baş idarə ilə birgə fəaliyyət göstərən, o cümlədən, idman növlərinin təbliği və inkişafında xidmətlər göstərmiş şəxslərı, yüksək nəticələr əldə etmiş, xüsusi fərqlənmiş idman qurumlarının rəhbərləri və idmançıları qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi.

Sonra dövlət təhlükəsizlik xidmətinin Heydər Əliyev adına akademiyasının nəzdində velosiped idman klubunun rəhbəri Vüqar Salahov, Bakı şəhər tibbi  bədən tərbiyəsi dispanserinin direktoru Nərmin Qasımova, Abşeron və Hövsan olimpiya idman kompleksinin nümayəndələri Əjdər Abbasovla Elşən Əliyev, Çerlidinq federasiyasının prezidenti Alla Vlasova, qocyu-ryu okinava karate-do və kobudo kempo-ryu federasiyasının baş katibi Pərviz Hüseynov, alpaqut federasiyasının vitse-prezidenti Rafiq Qasımov, kunq-fu üzrə əməkdar məşqçi Babək Hüseynov, Bakı şəhəri üzrə təhsil idarəsinin məsul əməkdaşı Valentina Sultanova, 269, 26 və 254 nömrəli tam orta məktəblərin idman müəllimləri Azər Ələkbərov, Rəfael Aşumov və Səməndər Allahverdiyev fəxri fərmanlarla təltif olundular, idmançılardan aprel döyüşlərinin qazisi  Elməddin Rüstəmova, Ülvira Rüstəmliyə idman ustalığına namizəd, Elnaz Soltanlı və Zəhra Salmanlıya 1-ci dərəcə kitabçaları təqdim edildi.

   

Həmin kateqoriyadan