Baş katib UEFA nümayəndələri ilə görüşüb

Bakı olimpiya stadionunda Avropa liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya sonuncu, 5-ci işgüzar səfəri başlayıb.

Allsport.az saytı xəbər verir ki, ayın 15-dək davam edəcək səfər proqramında UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media  və sair  məsələlərlə bağlı görüşlər keçirir. 

AFFA-nın baş katibi Elxan Məmmədov BOS-da təşkil olunmuş görüşlərdə iştirak edib, qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan