“Basel Open Masters”də böyük uğur, növbəti səfər İstanbula WKF “A seriya”sınadır

Karate millimiz İsveçrədə 18 medala sahib olubar. Allsport.az saytı xəbər verir ki, Bazeldə 3 dərəcə üzrə keçirilən fərdi yarışda Rafael Ağayev (75 kq), Şahin Atamov (+84 kq) və Roman Heydərov (kata), İlahə Qasımova (55 kq) və İrina Zaretska (68 kq) çempion olub. Firdovsi Fərzəliyev (60 kq), Nuranə Əliyeva (50 kq) və Fəridə Əliyeva (+68 kq) 2-ci, Novruz Əliyev (75 kq) və Ayxan Mamayev (84 kq) 3-cü olublar.

Açıq turnirdə Asiman Qurbanlı (+84 kq) ilə Fəridə Əliyeva 1-ci, Ayxan Mamayev 2-ci yeri tutub. Sonda yarışın mükafatçıları arasında “Masters” turirində Rafael Ağayevlə İrina Zaretska qızıl medal, Ayxan Mamayev gümüş, Asiman Qurbanlı (+84 kq) və Fəridə Əliyeva bürünc mükafat qazanıb.

AMKF-in prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə 8-ci “Basel Open Masters”də uğurla çıxış edən komandamız oradan birbaşa həftəsonu İstanbulda Dünya Karate Federasiyasının (WKF) “A seriya”sına yollanacaq.

Həmin kateqoriyadan