Başı bəlalı “Neftçi” və “Kəpəz”dən mövsümdə ilk qələbə sevinci

Premyer liqasında 7-ci tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub. Turun açılış matçında “İnter” öz meydanında “Neftçi”ni qəbul edib.

Bu mövsüm qələbəyə həsrət qalan “ağ-qaralar” nəhayət, qalib gələ bilib – 2:0. Günün digər görüşündə “Qəbələ” autsayder “Kəpəz”i qəbul edib.

Bu oyunda da gözlənilməz nəticə qeydə alınıb. Bir qələbəsi belə olmayan Gəncə klubu ilk dəfə 3 xala sevinib – 2:0.

Həmin kateqoriyadan