Qadın basketbolçularımız Daşkənddə beynəlxalq turnirin qalibi oldu

Qadın basketbolçulardan ibarət 3×3 milli yığma komandamız Daşkənddə keçirilən beynəlxalq turnirin qalibi olub. Allsport.az xəbər verir ki, aprelin 10-da Tatyana Slojenitsinanın komandası yarımfinalda Özbəkistanın LND komandasını 15:11 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıblar. Həlledici matçda basketbolçularımız ev sahibi “Almalik” komandasına 21:15 hesabı ilə qalib gələrək, 1-ci yeri tutublar.

Həmin kateqoriyadan