Basketbol yığma komandamız beynəlxalq turnirin yarımfinalında

Azərbaycanın 3X3 basketbol üzrə milli komandası Daşkənddə keçirilən beynəlxalq turnirdə uğurla iştirak edir. Allsport.az xəbər verir ki, turnirdə iki yarımqrupda 12 komanda mübarizə aparır.

Aprelin 7-dən etibarən yığmamız yarımqrupda 5 oyun keçirərək turnirin yarımfinalına yüksələ bilib. Oyunların nəticələri belədir: Azərbaycan – TIS OWLs (Özbəkistan) 21-2, Azərbaycan – “Snow Leopards” (Qazaxıstan) 21-4, Azərbaycan – KIKA (Özbəkistan) 14-13, Azərbaycan – DYUSSHOR 7 (Özbəkistan) 20-14, Azərbaycan – “Almalik” (Özbəkistan) 20-18.

Millimizin üzvləri Alexandra Mollenhauer və Tatyana Deniskina məhsuldar oyun nümayiş etdirərək komandamızın qələbələrində mühüm rol oynayıblar.

Həmin kateqoriyadan