Basketbolçularımız qrup mərdələsini adladı, yarımfinalda Moldova millisi ilə görüşəcək

Avropa çempionatının “C” divizionunda mübarizə aparan Azərbaycan millisi son oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, basketbolçularımız qrupdakı həlledici görüşündə Malta ilə üz-üzə gəlib.

Qarşılaşma bizim üstünlüyümüz şəraitində keçərək, 81:33 hesabı ilə xeyrimizə yekunlaşıb. Bu qələbədən sonra U-16 qrup mərhələsini adlayaraq, yarımfinalda Moldova yığması ilə qarşılaşacaq. Oyun iyulun 23-də keçiriləcək və Bakı vaxtı ilə 21:30-da başlayacaq.

Həmin kateqoriyadan