Basketbolçumuz Fransa gənclər liqasında çempion olub

Gənc basketbolçulardan ibarət millinin üzvü Endər Poladxanlı Fransa liqasında 1-ci olub.

Allsport.az xəbər verir ki, onun çıxış etdiyi “Şole” klubu sonuncu, 23-ci turda “Asvel”ə 88:84 hesabı ilə qalib gəlib.

Çempionat ərzində 31 qələbə qazanan və 1 dəfə uduzan Endərin komandası gənclər arasında qalibi adını qazanıb.

Sonuncu görüşdə basketbolçumuz 3 xala yiyələnib.

Həmin kateqoriyadan