Basketbolçumuzun komandası Gürcüstan kubokunun finalına çıxa bilmədi

Millimizin basketbolçusu Zaur Paşayevin formasını geyindiyi «Kutaisi 2010» klubu Gürcüstan kubokunda yarımfinal mərhələsinin 2-ci görüşünə çıxıb.

Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» evdə Superliqanın lideri «Dinamo» ilə qrşılaşıb. Gərgin mübarizədə qonaqlar rəqibini 76:73 hesabı ilə üstələyib.

Rəqib ilk oyunda da qalib gəldiyindən (74:65), finala adlayan tərəf olub. Bu matçda Zaur Paşayev 10 xal qazanıb; 6 ötürmə verib və 2 götürmə edib.

Həmin kateqoriyadan