“Bavariya”dan “Qarabağ”a təbrik

“Bavariya” klubu xoş addım atıb. Allsport.az saytı xəbər verir ki, Almaniya Bundesliqasının qalibi “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edib.

İdarə heyətinin sədri Karl Haynz Rummenigin klubumuza ünvanladığı məktubda deyilir: “Bavariya” klubu adından “Qarabağ”ı 2016/17-ci illər mövsümündə Azərbaycan premyer liqasının qalibi olmağı münasibətiylə təbrik edirəm”.

Həmin kateqoriyadan