“Bayrağımız qürur mənbəyimizdir” şüarı ilə veloyürüş

9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız qürur mənbəyimizdir” şüarı ilə veloyürüş olub. Allsport.az saytıxəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyası və Dövlət Təhlükəsizliyi Xidməti Velosiped İdman Klubunun təşkilatçılığı, Respublika Olimpiya Velosiped Məktəbi, “Gənc Velosipedçilər” İctimai Birliyi və “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun dəstəyi ilə keçirilən tədbirdə peşəkar və həvəskar velosipedçilər iştirak ediblər.
 
100-dən artıq velosipedçi Azneft dairəsindən start götürməklə Neftçilər prospekti ilə hərəkət ediblər və Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar. Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası təkcə paytaxtda deyil, həmçinin bölgələrdə də bu cür tədbirlərin keçirilməsinə dəstək verir. Belə bir yürüş noyabr ayının 8-də Cəlilabad rayonunda da təşkil edilib.

Həmin kateqoriyadan