- Baxış sayı: 25
- 19 Mart 2024 13:57
- Baxış sayı: 76
- Mart 17, 2024
- 0
Topaz premyer liqasında 23-cü turunda “Zirə” – “Neftçi” matçında qonaqların 2 futbolçusu üçün daha əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, ev sahiblərinin qapısına hərəyə 1 dəfə yol tapan Rəşad Sadiqov və İqnasio Errera Azərbaycan çempionatlarında 11-ci qollarını vurublar.
Bu göstəriciyə görə onlar hazırda “ağ-qaralar”ın şərəfini qoruyan futbolçular arasında hamıdan öndədirlər. Cəza səbəbindən “Zirə” ilə oyunu buraxan Ruslan Abışov və həmin matçda fərqlənən Rəhman Hacıyev “Neftçi” ilə premyer liqada 10 qola seviniblər.