- Baxış sayı: 36
- 24 Aprel 2024 23:00
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
“Neftçi” klubu ölkə çempionatının 9-cu turunda Gəncədə “Kəpəz”ə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Tərlan Əhmədov oyun sonrası mətbuat konfransında bunu deyib:
“Ağır olacağını bilirdik. Gəncəyə 3 xal qazanmaq üçün gəlmişdik. Futbolçulara minnətdaram ki, sonadək mübarizə aparıb buna nail oldular. Azarkeşlərimizə də təşəkkür edirəm, Bakıdan bura gəlib bizimlə 90 dəqiqə həyəcan yaşadılar, dəstək verdilər. Onları sevindirdiyimiz üçün çox şadam.
Bu mövsüm “Kəpəz”in Gəncədəki ilk oyununun bizimlə olması ajiotajın nə qədər böyük olacağından xəbər verirdi. Bunu və 4:0-lıq qələbədən sonra yaranmış arxayınçılığı nəzərə alıb komandanı bu qarşılaşmaya bacardığımız qədər kökləmişdik. Ümumilikdə, istədiyim oyun alınmasa da, vacib olan 3 xalı qazandıq”.