“Belə güclü çempionatdan Avropa liqasına vəsiqə qazanan komanda zəif ola bilməz”

“Neftçi”nin kapitanı Ruslan Abışov Avropa liqasının ilk təsnifatının püşkünü dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunu deyib:

“Uypeşt” haqqında ətraflı məlumatımız yoxdu, amma əminəm ki, yaxın günlərdə məşqçi heyətimiz bizi bütün lazım olan informasiya ilə təmin edəcək. Düzdür, biz hər halda Macarıstan futbolunun nə qədər güclü olduğuna bələdik.

Belə güclü çempionatdan Avropa liqasına vəsiqə qazanan komanda zəif ola bilməz. Ümid edirəm ki, təlim-məşq toplanışı bizim üçün xeyirli olacaq və biz toplanışın faydasını Avropa Liqasında görəcəyik”.

Xatırladaq ki, “Uypeşt”ə qarşı ilk oyun iyulun 12-də Bakıda, cavab oyunu iyulun 19-da Uypeştdə keçiriləcək.

Həmin kateqoriyadan