Berni Ekklstoun Bakıdakı qalmaqalda “Mersedes”in sürücüsünü günahkar sayır

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun Bakıda Filarmoniyanın tinində Lüis Həmiltonla Sebastyan Fettel arasında yaşanan qalmaqalda “Ferrari”nin sürücüsünü müdafiə edib. Allsport.az saytı xəbər verir ki, “Mersedes” komandasının pilotu təhlükəsizlik avtomobilinin çıxış dövrəsində birdən yavaşlamış və bunu gözləməyən Fettel arxadan britaniyalı sürücüyə çırpılmışdı.

Bu insidentdən sonra ön qanadını zədələyən almaniyalı əsəbləşərək, “Ferrari”sini Həmiltonun bolidinə çırpmışdı. F-1.az saytı xatırladır ki, olayı araşdıran stüardlar 4-qat dünya çempionuna bu hərəkətinə görə 10 saniyə dayan və get cəzası versələr də, Ekklstoun Həmiltonu günahkar sayır:

“Bu cür insidentlər bütün yarışlarda ola bilər. Məncə, Həmilton əyləcə basaraq, qəza yaşatmaq və Fettelə zərər vermək istəyirdi. Buna görə də Fettelin reaksiyası normal idi. Həmiltona demək istədi ki, sənin hərəkətinin səbəbini bilirəm”.

Həmin kateqoriyadan