Beşbarmaq qayalıqlarında açıq respublika mübarizəsi

3-4 oktyabrda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonu ərazisində yerləşən Beşbarmaq dağında qayayadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, FAİREX tərəfindən artıq 8-ci dəfə keçiriləcək yarış kişilər və qadınlar arasında 3 mərhələdə (təsnifat, yarımfinal və final) təşkil olunacaq.

Yüzə yaxın idmançının mübarizə aparacağı yarışın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosasiyasının, FAİREX-in kubok və medalları təqdim olunacaq.

FAİREX tərəfindən mütəmadi olaraq dağçılıq və ekstremal idman növləri üzrə keçirilən çempionatlar idmançıların daha çox təcrübə toplaması, yarış texnikalarının təkmilləşməsi, bu idman növlərinin populyarlaşdırılması məqsədini güdür.

Həmin kateqoriyadan