Marius Vizer gələn il üçün dünya çempionatının rəmzi bayrağını Azərbaycana təqdim edib

Məlum olduğu kimi, 2018-ci ildə cüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bunula bağlı Macarıstanın paytaxtı Budapeştdə mötəbər yarışın bayrağının Azərbaycana təqdim etməsi keçirilib.

Mərasimdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer bu il dünya birinciliyini qəbul edən Macarıstan Cüdo Federasiyasına təşəkkürünü bildirərək, rəmzi bayrağı onlardan təhvil alıb və gələn il çempionatın tışkilatçısı, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim edib.

Bayrağın təqdimetmə mərasimindən sonra zaldakı ekranlarda 2018-ci ildə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqdimat videosu azarkeşlərə göstərilib.

Həmin kateqoriyadan