«Bietiqheym»in baş məşqçisi çempionlar liqasında çıxış edəcək millimizn qapıçısına güvənir

Qadın həndbolçulardan ibarət millimizin qapıçısı Valentina Salamahanın çıxış etdiyi «Bietiqheym» cari mövsümdə çempionlar liqasında çıxış edəcək. Allsport.az saytı xəbər verir ki, «D» qrupunda yer alan Bundesliqanın qalibi oktyabrın 7-də səfərdə Çernoqoriyanın «Budoçnost» klubu ilə qarşılaşacaq.

Baş məşqçi Martin Albertsen Avropa Həndbol Konfederasiyasının saytını hazırkı durumu dəyərləndirib. Onun sözünə görə, qapıda niderlandlı Tess Vesterə güvənir, amma Nikol Rotla Valentina Salamaha da hər zaman etimadı doğrultmağa hazırdırlar.

Ötən avrokubokda EHF kubokunun finalıdadək irəliləyən almanlar, həlledici görüşdə Rusiyanın «Rostov-Don» komandasına uduzub (25:28, 21:25). Qeyd: Fotoda həndbolçumuz 33 saylı qırmızı idman geyimində soldan 1-ci əyləşib.

Həmin kateqoriyadan