Biletlər oyun günü satılacaq

Futzal üzrə dünya çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində aprelin 12-də, saat 20.00-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Niderland qarşılaşmasının biletləri oyun günü satılacaq. Allsport.az saytı xəbər verir ki, biletləri saat 10.00-dan etibarən sarayın kassalarından əldə etmək mümkündür. Matça canlı tamaşa etmək istəyənlər 1 manat ödəməlidirlər.

Həmin kateqoriyadan