“Binə” finalda

Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatınlarında yarımfinal oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, U-14 liqasında baş tutan cavab görüşlərindən biri maraqlı məqamla yadda qalıb.

“Binə” və “Qəbələ” komandalarının qarşılaşmasında tribunalar dolu olub. Binə qəsəbə stadionunda keçirilən matçda 800-ə yaxın tamaşaçı və fan-klub üzvləri görüşü izləyiblər. Səfərdə 1:2 hesabı ilə məğlub olan qəsəbə təmsilçisi cavab oyununda 1:0 hesablı qələbəyə sevinərək finala keçib.

Əyalət təmsilçisi son illər bütün finallarda iştirak etsə də bu dəfə “Binə” səddini aşa bilməyib. Qeyd edək ki, “Binə” klubu yalnız U-14 liqasında təmsil olunur. Komandanım bütün pley-off görüşləri dolu tribunalar önündə keçirilir.

Həmin kateqoriyadan