“Binə” Ramin Musayevin 1-ci divizionunda oynamaqdan imtina edib

Daha bir klub 1-ci divizionunda iştirakdan imtina edib. Allsport.az saytı xəbər verir ki, söhbət Bakının “Binə” klubundan gedir. Bu barədə klub prezidenti yenicag.az-a açıqlama verib.

Teymur Həsənlinin sözünə görə, aşağı liqa ətrafında baş verənlər nə şəxsinə, nə də kluba yaraşandır. “Binə” başqa liqalar üzrə çıxış edə bilər. O, əlavə edib ki, bundan sonra daha çox aşağı yaş qruplarının inkişafına diqqət ayrılacaq.

Ötən mövsüm 1-ci dəstədə debüt edən “Binə” mübarizəni 35 xalla 7-ci pillədə bitirib. AFFA icraiyyə komitəsinin məlum qərarlarından sonra, “Qəbələ”nin əvəzedici komandası da 1-ci Divizionda iştirakdan imtina edib.

Həmin kateqoriyadan