“Binə”də 2 yeni futbolçu

Birinci divizion hazırlıqlarını davam etdirən “Binə” daha 2 futbolçunu heyətinə qatıb.

Allsport.az saytı xəbər verir ki, bir neçə həftədir komandanın düşərgəsində olan Emin Cəfərquliyev və Kamil Hüseynov klubla rəsmi müqavilə bağlayıb.

Adı ilk çəkilən 24, digəri 5 saylı idman formasında çıxış edəcək. Yeni transferlərin hər ikisi ötən mövsüm AzAL komandasının heyətində oynayıblar.

Həmin kateqoriyadan