“Bir komanda, tək məqsəd”

Gənclər və idman nazirliyinin və Bakı şəhər halqası əməliyyat şirkətinin dəstəyi ilə Avropa gənclər yay olimpiya festivalının əməliyyat komitəsinin təşkilatçılığı ilə könüllülər üçün “Bir komanda, tək məqsəd” adlı idman festivalı təşkil edib.

Allsport.az saytı xəbər verir ki, tədbir könüllülərin səmərəli və sağlam vaxt keçirməsi, bir-birini tanıması və tədbirdən əvvəl motivasiyanın artırılması məqsədilə keçirilib. Toplantıda paytaxtda keçirilən beynəlxalq idman tədbirlərində böyük təcrübə əldə etmiş 1500 könüllü iştirak edib. Onlar arasında futbol, basketbol, çimərlik voleybolu və kartinq idman növləri üzrə yarışlar keçirilib. Qalib komandalara və iştirakçılara kubok və müxtəlif hədiyyələr verilib.

Tədbir çərçivəsində könüllülərin ulduz səfirləri təqdim edilib. Ulduz səfirlər xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran, məşhur muğam ifaçıları Mirələm Mirələmov və Kamilə Nəbiyeva, eləcə də istedadlı müğənni Tofiq Hacıyev və “O səs Türkiyə” yarışmasının finalçısı Leyla Rəhimova olublar.

Həmin kateqoriyadan