“Bir neçə epizodda səhv etdik”

Ölkə çempionatının 11-ci turunun son görüşündə Araz Naxçıvan” klubunu 4:0 hesabı ilə məğlub edən “Qarabağ”, zirvədə yerini qoruyub. Allsport.az saytı xəbər verir ki, bu qələbəyə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov belə aydınlıq gətirib:

“Bizim üçün hər bir qələbə vacibdir. Rəqib hesabda geridə olsa da, mübarizə aparırdı. Bir neçə epizodda səhv etdik. Amma bütün bunlara baxmayaraq, oyunumuzdan razıyam. “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər müəllimə uğurlar arzu etmək istəyirəm. Biz isə qarşıdakı çətin oyunumuza hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan