Bir oyunun bilet gəliri 3 milyon avro

Bu gecə dünyanın şah derbiləri sırasında yer alan «Milan» – «İnter» dueli ilə italiya «A» Seriyasının növbəti oyun gününə yekun vurulacaq. Qarşılaşmada anşlaq gözlənilir.

«Allsport.az» xəbər verir ki, oyun təşkilatçıları matça 79 min 173 biletin satıldığını bildirirlər. Bu isə nə az, nə çox, 3,32 milyon avro deməkdir.

80 min 19 nəfərlik «San Siro»da əvvəlki rekord da bu mövsüm vurulmuşdu. 3-cü turun «Milan» – «Yuventus» görüşü 3,2 milyon avro toplamışdı.

Həmin kateqoriyadan