Bir qrup tanınmış idmançı autizmli uşaqlara dəstək olub

Autizmlilər İdman Klubu (AİK) İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb. Allsport.az saytı xəbər verir ki, bu qurumun Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi təşkil olunub. Sport24.az-ın iştirak etdiyi tədbirdə Milli Məclisin gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elmira Axundova, Türkiyədən gələn nümayəndə heyəti ilə yanaşı, idman və futbol ictimaiyyətinin nümayəndələri – ikiqat paralimpiya və dünya çempionu İlham Zəkiyev, Taekvondo federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev,  “Neftçi”, “Qəbələ”, “Xəzər”, “Səbail” klublarının rəsmiləri, bir sıra özəl və dövlət şirkətləri və digər qonaqlar iştirak ediblər.

Konkret futbolçulardan “Neftçi”dən, millimizin də üzvü olan Ruslan Abışov, Rəşad Sadiqov və Rəşad Əzizli, “Qəbələ”dən Ürfan Abbasov, Asif Məmmədov, İlqar Qurbanov, “Neftçi” və “Qəbələ”nin mətbuat katibləri – Anar Şbanoğlutla Anar Hacıyev, “Xəzər”in rəsmiləri – icraçı-direktor Emin Abbasov, baş menecer Gündüz Abbaszadə. “Səbail”dən Müşüahidə Şurasının sədri Əvdülqəni Nurməmmədov tədbirə qatılıblar.

Tədbirdə çıxış edən millət vəkili Fuad Muradova Autizmli uşaqlarla bağlı belə tədbirlərin tez-tez təşkil etdiyi üçün AİK rəhbəri Elnur Məmmədova uğurlar arzulayıb. Muradov həmçinin öz növbəsində ölkədə autizmli uşaqlara xüsusi qayğı göstərilməsini və bunun artıq qanunvericiliyə salınması ilə bağlı işlərin getdiyini də açıqlayıb.

Tədbirin sonunda üç nominasiya üzrə mükafatlar təqdim olunub. “İlin ən yaxşı təlimçisi” adına Alim Qasımov, Nail Səfərov, Sərvər Halaylı Zaur Hüseynov və İlham Osmanlı layiq görülüblər. Toğrul Mirzəyev,Asim Fərzəliyev, Kamal Bayramov, Xaqan Əliyev, İsmayıl Ağayev və Elnar Məmmədov “İlin ən yaxşı idmançısı” nominasiyasında fərqləniblər. “İlin ən yaxşı idman klubu” nominasiyasında mükafat Bakı Autizm İdman Klubuna təqdim olunub.

Qeyd edək ki, AİK-in idarə heyətinin seçilən üzvlərinə vəsiqələr təqdim olunub. Onlar arasında həmkarımız, artıq klub funksioneri olan Emin Abbasov də vardı.

Həmin kateqoriyadan