Birgə təlimat kitabçaları

AFFA və UNICEF-in birgə əməkdaşlığı çərçivəsində futbolda zorakılıq hallarına yol verilməməsi üçün təbliğat xarakterli təlimat kitabçaları hazırlanıb.

Allsport.az saytı xəbər verir ki, nəşrdə əsas məqsəd futbolçulara gənc yaşlardan fair-play prinsiplərinin aşılanması, futbolda uşaq-yeniyetmə və gənclər üçün təhlükəsiz ətraf mühitin yaradılmasında məşqçilərə köməklik göstərilməsidir.

Uşaq və gənclər üzrə daxili liqalarda iştirak edən komandaların və milli komandaların məşqçilərinə paylanmış kitabçaların elektron versiyası ilə affa.az-a daxil olmaqla tanış olmaq mümkündür.

Həmin kateqoriyadan