YENİLƏNİB
“Qarabağ” qalib gəldi, “Qəbələ” evində məğlub oldu

Bu gün Topaz Premyer Liqasında 13-cü tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Öncə son çempion “Qarabağ” evdə AzAL-la qarşılaşıb və çətin qələbəyə sevinib. Günün digər oyununda isə “Qəbələ” “Simurq”u qəbul edib. Dorinel Muntyanunun komandası doğma meydanda məğlubiyyətlə üzləşib.

Topaz Premyer Liqası
13-cü tur
23 noyabr (bazar)

Qarabağ – AzAL 2:1 (1:0)
Qollar: İ.Qurbanov, 29 (1:0). E.Yaqublu, 56-öz qapısına (2:0). R.Abdullayev, 61-pen. (2:1).
Qırmızı vərəqə: R.Məcidov.
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 13. İbrahim Şehiç, 7. Namiq Yusifov (k), 8. İnnosent Emeqara, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
AzAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Eduardo Makiel, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 21. Novruz Məmmədov, 9. Aydın Qasımov, 7. Təmkin Xəlilzadə, 30. Seymur Əsədov, 18. Orxan Lalayev.
Baş məşqçi: Tərlan Əhmədov.

Qəbələ – Simurq 2:3 (1:1)
Qollar: M.Stanoyeviç, 7 (0:1). E.Ehiosun, 40 (1:1). D.Çeran, 80 (1:2). D.Çeran, 83 (1:3). B.Soltanov, 90+3 (2:3).
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Rza Məmmədov, Mahir Məmmədov.
Qəbələ şəhər stadionu.

Qəbələ: 1. Kamran Ağayev (k), 8. Markinyos, 10. Dodo, 11. Andrey Kristya, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 44. Rafael Santos, 88. Müşfiq Teymurov, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Elvin Camalov, 5. Sadiq Quliyev, 21. Yazalde Pinto, 26. Pavol Farkaş, 27. Bəxtiyar Soltanov, 99. Tellur Mütəllimov.
Baş məşqçi: Dorinel Muntyanu.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 9. Lukas Tresnak, 13. Əli Gökdəmir, 15. Stepan Polyak, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov.
Baş məşqçi: Georgi Çixradze.

Turun digər oyunları sabah keçiriləcək: 17:00. Xəzər Lənkəran – Neftçi, 17:00. Sumqayıt – Bakı.

Bombardirlər:
7 – Mikel Alvaro (İnter).
5 – Nurlan Novruzov (Bakı), Məhəmməd Qurbanov (Sumqayıt).
4 – Cavid Hüseynov (Qəbələ), İnnosent Emeqara (Qarabağ), Draqan Çeran (Simurq).

Həmin kateqoriyadan