Birinci divizionun təqvimində dəyişiklik edildi

Çimərlik futbolu üzrə milli komandanın toplanışına görə, futbol üzrə Azərbaycan 1-ci divizionunun təqvimində dəyişiklik edilib. Allsport.az xəbər verir ki, “Bakılı” və “Qaradağ Lökbatan” klublarının müraciətinə əsasən sözügedən klubların futbolçularının millinin toplanışına cəlb olunacağı nəzərə alınaraq, müəyyən dəyişiklik həyata keçirilib.

1. 19-cu turun “Rəvan” – “Bakılı” və “Energetik” – “Qaradağ Lökbatan” matçları 17 mart tarixindən 16 mart tarixinə keçirilib.

2. 20-ci turun “Bakılı” – “Qaradağ Lökbatan” oyunu 23 mart tarixindən 6 aprel tarixinə keçirilib.

3. 21-ci turun “Bakılı” – “Zirə” matçı 28 mart tarixindən 14 aprel tarixinə keçirilib.

Həmin kateqoriyadan