Qurban Qurbanov: «Hamı deyir: «Neftçi» zəifləyib, amma rəqib bu gün finaldadır»

Mayın 25-də ölkə kubokunun finalı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, həlledici görüşdə «Qarabağ»la «Neftçi» klubları üz-üzə gələcəklər. Oyuna xeyli vaxt qalsa da, adı ilk çəkilən komandanın baş məşqçisi bu görüşlə bağlı açıqlama verib. Qurban Qurbanovun sözünə görə, kubok fərqli yarışdır:

«Hamı deyir: «Neftçi» zəifləyib, amma rəqib bu gün finaldadır. Onlar da kuboku qazanmaq istəyirlər. Ona görə oyun gərgin olacaq. Bizə Azərbaycan kubokunun hansı stadionda keçiriləcəyinin fərqi yoxdur. Əsas odur ki, meydan yaxşı olsun».

Həmin kateqoriyadan