“Möcüzəyə ümid edirdik”

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” MOİK klubunu məğlub edərək, növbəti mərhələyə adladı. Allsport.az xəbər verir ki, MOİK klubunun baş məşqçisi Namiq Adilov oyundan sonra bunları söyləyib:

“Oyuna hazırlaşmışdıq. Plan ondan ibarət idi ki, əks-hücumlarda oynayaq. “Qarabağ”a qarşı oynamaq çox çətindir. Buna görə də görüşün böyük hissəsini topsuz, ancaq qaçmaqla keçirdik. Futbolçulara demişdim ki, bizim üçün oyun ərzində 1-2 qol epizodu yarana bilər və bundan istifadə etmək lazımdır. Oyunçular bunu bacardılar. Biz möcüzəyə ümid edirdik. Lakin mərhələni adlaya bilmədik. Mən “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə qələbəni belə şərh edib: “Mərhələni keçməklə qarşıya qoyulan minimum vəzifənin öhdəsindən gəldik. Soyuq havaya baxmayaraq, azarkeşlərimiz bizə dəstək oldular. Onlara təşəkkür edirəm. Düşünürəm ki, oyunda hər şey normal oldu. MOİK klubuna uğurlar arzu etmək istəyirəm. Biz isə növbəti oyuna hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan