Bizdən ilk olaraq mübarizəyə Olqa Senyuk başlayır

Dünən Rio-2016-ya start verilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 21 yaşlı futbolçular mübarizəyə başlayıblar. Bu gün isə, Azərbaycanın 1 olimpiyaçısı rəqabətə qoşulacaq.

Kamandan oxatan Olqa Senyuk 64 idmançı arasında çıxış edəcək. O, axşam saatlarında hədəfin dəqiqliyini yoxlayacaq.