- Baxış sayı: 74
- 17 Mart 2024 15:16
- Baxış sayı: 78
- Mart 17, 2024
- 0
Millimiz Avropa çempionatının seçmə mərhələsində İsveç, Lüksemburq və Yunanıstan voleybolçuları ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, artıq qrupda oyunlarının təqvimi müəyyənləşib. “G” qrupunda komandamız ilk görüşünü avqustun 15-də saat 18:00-da paytaxtda İsveçlə keçirəcək.
Fərid Cəlalovun baş məşqçisi olduğu yığmamız avqustun 18-də səfərdə Lüksemburq, 4 gün sonra Yunanıstan milliləri ilə qarşılaşacaq. Avqustun 26-da ellinləri evdə qəbul edəcəyik. Gələn il yanvarın 5-də “cırtdanlar” qonaqğımız olacaq. Bundan 4 gün sonra milli səfərdə İsveçlə görüşəcək.
7 qrupda ilk yeri tutacaq komandalar Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. 2-ci yeri tutan 6 yığma qalan 5 vəsiqə uğrunda mübarizə aparacaq.