“Bizim üstünlüyümüz odur ki, topla yaxşı davranırıq”

Premyer liqasının 10-cu turu “Xəzər Lənkəran” üçün uğurlu olub. Allsport.az saytı xəbər verir ki, “ağ-yaşıllar” səfərdə “Sumqayıt” klubunu 2:1 hesabı ilə məğlub edib. Cənub təmsilçisinin baş məşqçisi Oğuz Çətin, KİV-lə ğörüşdə qələbəyə belə şərh verib:

“Qələbəyə görə şadam. Biz bu gün ən çətin oyunlarımızdan birini keçirdik. Gənc, mübarizə aparan, yaxşı hazırlanmış komandaya qarşı oynadıq. “Sumqayıt”ı təbrik etmək istəyirəm, yaxşı oynadılar. Bizim üstünlüyümüz odur ki, topla yaxşı davranırıq.

Bu gün eyni işləri həyata keçirə bilmədik. Mübarizə ön planda idi. Bundan məmnunam. Açığı, bu gün öz oyunumuzu sərgiləyə bilmədik. Biz topu özümüzdə yaxşı saxlaya bilmədiyimiz üçün rəqibin təzyiqi artırdı. Ona görə də son fitə qədər biz təzyiq altında çıxış etdik”.

Həmin kateqoriyadan